APPLE Dəstək Xidmətləri

Korporativ 
 
Biznesinizin inkişafı üçün ixtisaslaşmış dəstək!
Biz korporativ müştərilərin ixtisaslaşmış sahələr üzrə daha keyfiyyətli xidmət əldə etməsini təmin edən və yalnız korporativ müştərilər üçün nəzərdə tutulmuş premium dəstək xidmətləri göstəririk. 
Korporativ müştərilərimiz illik xidmət haqqı və ya 2-5 il müddətləri üzrə təklif olunan avirStore üzvlük paketlərindən birini seçməklə peşəkar təlim, ixtisaslaşmış dəstək və digər premium xidmətlərimizdən faydalana bilərlər. 

Bununla yanaşı, korporativ müştərilərlə iş üzrə peşəkar komandamız işçiləriniz üçün xüsusi tariflərlə ayrıca təlimlər keçə bilər. Təlim iPhone, iPad, Mac-ın biznes  yönümlü işlədilməsi və Apple məhsullarından düzgün istifadə ilə daha səmərəli iş mühiti formalaşdırılması və müvafiq sahə üzrə digər faydalı məlumatları əhatə edə bilər. 

 

Fərdi   

iCihazınızı ən yaxşı tanıyanlardan peşəkar dəstək!
Bizim peşəkar təmir mütəxəssislərimiz Apple cihazları və aksesuarlarının təmir və ya yenilənməsi ilə bağlı istənilən növ dəstək göstərməyə hazırdırlar. Digər servis mərkəzlərindın fərqli olaraq  avirService yalnız Apple cihaz və aksesuarlarına dəstək üzrə ixtisaslaşmışdır. 

Biz iCihazda olan fiziki zədə və ya proqram təminatı ilə əlaqədar olan bütün növ problemləri diaqnoz edərək aradan qaldırırıq. Xidmətlərimizə proqram yenilənmələri, proqram təminatı və bərpası, ekran, batareya dəyişilməsi, power və home düymələrinin təmiri və s. daxildir. 

avirService aşağıdakı üstünlüklər təqdim edir: 

•    Gün ərzində təmir
•    Gözləmə zamanı təmir
•    90 Gün Zəmanət  
•    Mükəmməl müştəri xidmətləri 

 

Yerində diaqnoz
  
Biz sizə qapıda xidmət təklif edirik. Mütəxəssislərimiz istəyinizə uyğun olaraq evinizdə, iş yerinizdə və yaxud sizə yaxın digər yerdə iCihazınızı diaqnoz edə bilərlər. Bununla da siz vaxt itkisinin qarşısını almaqla yanaşı, həm də xidmət gözünüz önündə həyata keçirildiyi üçün əminlik əldə edəcəksiniz. Ilkin diaqnostikadan sonra əlavə təmirə ehtiyac olduğu halda, cihazı təmirə qəbul edib, təmirdən sonra sizə geri göndərəcəyik. 

Bizim yanaşmamız: 
• Tam Rahatlıq: Sizə uyğun məkan və zamanda xidmət göstəririk.
• Maneəsiz Xidmət: Xidmət mərkəzinə getmək, sırada duraraq öz növbəni gözləmək kimi problemlər aradan qalxır. 
• Sürətli İş: Sevimli cihazınızı qısa zamanda həyata qaytarırıq! 
• Professional Xidmət: Mütəxəssislərin peşəkarlığına əmin olmaq məqsədilə onları çox ciddi müsahibə və texniki sınaqlardan keçiririk.